Xalq artisti Emin Ağalarov martda Moskvada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus "Krokus Siti Holl" ticarət mərkəzində baş vermiş terror aktı ilə bağlı paylaşım edib.
BUTA.TV Axşam.az-a istinadən xəbər verir ki, Ağalarov terrordan 40 gün keçdiyini vurğulayıb.
"40 gün əvvəl "Krokus Siti Holl"da 144 nəfərin ölümü ilə nəticələnən dəhşətli terror aktı baş verdi. Yüzlərlə insan zərər çəkdi, bir çoxunun hələ də köməyə ehtiyacı var.
Bütün bu günlərdə Müslüm Maqomayev Fondu zərərçəkənlərə kömək məqsədilə xeyriyyə aksiyası keçirib. Qayğıkeş insanların sayəsində fond təxminən 140 milyon rubl toplaya bildi. Bu müddət ərzində ölən və yaralananların 80-dən çox ailəsi və yaxınları kömək istəyib.
Polisin cinayətkarı zərərsizləşdirdiyi əməliyyatdan - Anbaan görüntülər
Mən bir daha həlak olanların bütün ailələrinə səmimi başsağlığımı, o dəhşətli axşam insanların xilasına kömək edən hər kəsə dərin təşəkkürümü və bütün qurbanlara hələ də dəstək verənlərə böyük hörmətimi bildirmək istəyirəm", - deyə, E.Ağalarov yazıb.
Qeyd edək ki, Moskvada "Krokus Siti Holl"da terror aktı martın 22-də törədilib. Ən son məlumata görə, hadisə nəticəsində 144 nəfər həlak olub, daha 551 nəfər isə xəsarət alıb. Terror aktını törətməkdə təqsirləndirilən 4 nəfər həbs edilib. Saxlanılan daha 5 nəfər isə cinayətdə iştirak etməkdə ittiham olunur.
“BUTA.TV ” xəbər portalı olaraq 2019-ci il aprel ayının 24-dən fəaliyyətə başlamışıq. Bizə dəstək olmaq istəyirsinizsə aşağıdakı rəqəmlərdən birini seçə və ya təklif etdiyiniz məbləği göstərə bilərsiniz. Dəstəyiniz bizim üçün dəyərlidir.
- ABŞ-da hava limanında iki təyyarə toqquşdu
- BMT baş katibi İsrailin hücumunu pislədi
- "Şöhrət" ordeni mənim üçün gözlənilməz oldu - Vəliyeva
- Hamilə qadın naməlum səbəbdən öldü
- Rus ordusu Kurskda genişmiqaslı əks-hücuma keçdi
- Millimiz Serbiyaya məğlub oldu
- İsraildən Hizbullaha növbəti böyük zərbə...
- Qəzza ilə bağlı danışıqlarda iştirak etmirik - Kirbi