İstanbulda 1 May Əmək və Həmrəylik Günü münasibətilə keçirilən nümayişlər zamanı polislə iştirakçılar qarşıdurma baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, minlərlə nümayişçi Saraçhane parkına toplaşıb.
Polis Taksim meydanına yürüş etmək istəyən mitinq iştirakçılarına müdaxilə edib. Tərəflər arasında baş verən toqquşma nəticəsində çoxlu polis yaralanıb.
Qeyd edək ki, bu gün keçirilən nümayişlərdə CHP lideri Özgür Özəl və İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlu da iştirak edib.
- Əlilliyi olan 70 min şəxsə reabilitasiya xidmətləri göstərilib
- Ölkəmiz beynəlxalq biznes dairələri üçün etibarlı tərəfdaşdır
- “20 Yanvar”dakı kafedən idarə edilən dəstə - Milyonlar mənimsəyib
- Bakıda 38 dərəcə isti olacaq
- Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
- Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir - Səbəb
- Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı
- Peşə təhsili müəssisələrinə qəbul başladı