Kainatı yenidən ixtira etməliyik. Ən mühüm dəyərləri müəyyənləşdirməliyik. Bu forumların əhəmiyyəti böyükdür. Amma biz dialoqun kənarına çıxıb, hədəfimizi müəyyənləşdirib ona doğru irəliləməliyik.
BUTA.TV xəbər verir ki, bu sözləri Sülh Naminə Əlaqələndiricilər və Qlobal Kompasın təsisçisi, Brazzavildə baş məsləhətçi cənab Jan Kristof Bas Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda “Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi: həmrəyliyin möhkəmləndirilməsi və parçalanmaya qarşı müqavimət” adlı plenar sessiyada çıxışı zamanı deyib.
O təklif edib ki, forumun nəticəsində çoxtərəfli iştirakçılarla birgə qlobal sazişi həyata keçirməklə bağlı ciddi addım atmalıyıq.
Qeyd edək ki, 1-3 may tarixlərində keçiriləcək forumda on panel müzakirəsi və dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur. Forumda müzakirə olunacaq mövzular təhsil, gənclər, xüsusilə də iqlim dəyişikliyi fonunda mədəni irsin mühafizəsi məsələsinin aktuallığı, ksenofobiya, qanunsuz miqrasiya və digər sahələri əhatə edəcək.
- Yalçın Rəfiyev AB-nin yüksək səviyyəli toplantısında
- Ramiz Mehdiyev Rusiyada bu qurumun üzvüymüş - Fakt
- Azərbaycan bu qırıcıların yeni partiyasını qəbul etdi
- Putin qəsdən görüş üçün bu şəhəri seçdi
- Rusiyada daha bir azərbaycanlı iş adamı həbs olundu
- Prezidentin xüsusi nümayəndəsi Arakçı ilə görüşdü
- Zakir Həsənov Özbəkistana getdi, generalla görüşdü
- İki siyahı var: Biri “beşinci kolon”, digər isə Mehdiyevin…