PKK Suriyadan İraqa terrorçular daşıyır.
BUTA.TV xəbər verir ki, bu barədə Suriya Milli Ordusunun komandanı, polkovnik Yusif Əbu Məhəmməd məlumat verib.
O bildirib ki, PKK cəbhəsində ciddi aktivlik müşahidə edilir:
“Son vaxtlarda 1200-dən çox terrorçu Suriyanın müxtəlif bölgələrindən İraqa gətirilib. İraq əməliyyatı ilə Ayn-İsa, Ayn əl-Ərəb, Tel-Rifat, Cerablus, Mare və Menbiç cəbhə xətləri də aktivləşəcək. Bundan başqa, İran-Əsəd ittifaqının İdlib bölgəsindən də hücumları arta bilər. PKK indiyə qədər 23 min insanımızı qaçıraraq öz sıralarına cəlb edib. Bəzilərini Qəndilə aparırlar. Onlar həm Suriyada, həm də İraqda minlərlə mülki insanı müdafiə qalxanı kimi istifadə etməyə hazırlaşırlar”.
“Türkiyənin İraq əməliyyatı mütləq Suriyanı da əhatə edəcək. PKK-nın İraq tranzit yolu, bundan başqa İraqın Sincar və Suriyanın Malikiye-Yarubiyə-Dirbəsiyə-Qamışlı dəhlizi mütləq bağlanmalıdır. Bu məqamda Suriya Milli Ordusu strateji rolu öz üzərinə götürə bilər. Qara-Metina-Hakurk-Zap-Qəndil və Sincar da daxil olmaqla, həm daxili cəbhələrin, həm də sərhədə paralel kritik bölgələrin təhlükəsizliyini təmin etmək mütləqdir.
50 min əsgərimizlə bu missiyaya hazırıq. İraqın şimalı ilə yanaşı, Fəratın şərqi də bu terror vəbasından təmizlənə bilər”, - polkovnik əlavə edib.
- Azərbaycan ABŞ-la birgə hərbi təlimdə - Video
- Qeyri-formal məşğul olan şəxslər belə müəyyən ediləcək - Nazir
- Ermənistan Qarabağ danışıqlarına dair sənədləri yayımladı
- Tiflis TIR-larımızı buraxmadı: Kobaxidzedən reaksiya
- Rüstəm İbrahimbəyov Mehdiyevlə bağlı nələr demişdi?
- Gəncə "Nizami İnnovasiya Mərkəzi” niyə açılmır? - İRİA icraçını ağır vəziyyətdə qoyub
- Gürcüstan Azərbaycana problem yaradır - Saakaşvili
- Milli Şura ilə bağlı Qərbdə bu fikir var - Ekspertdən şok