“Bilim hər yerdə” layihəsi bu dəfə Laçın rayonunda və Zabux kəndində reallaşdırılıb.
Layihə “Final” çayın, ASAN Xidmətin “İnnovasiyalar Mərkəzi”nin və “Bilim Bakı Mərkəzi”nin birgə əməkdaşlığı çərçivəsində təşkil olunub.
Layihə 6-14 yaş arası ucqar ərazilərdə yaşayan məktəbliləri əhatə edir.
Əsas məqsəd şagirdləri müasir elmlə tanış etmək, onların proqramlaşdırma və texnoloji bacarıqları öyrənmələrinə şərait yaratmaqdır.
Həmçinin innovasiya və texnologiya sahəsində məlumatlılığı artırmaqdır.
Layihə çərçivəsində 100-ə yaxın şagirdə dizayn, təbiət elmləri və texnologiya sahəsində müxtəlif təlimlər, ustad dərsləri keçirilib.
Yeni biliklər qazanan şagirdlər öyrəndiklərini real tətbiq etməyə çalışıblar.
Bununla yanaşı maarifləndirici, intellektual oyunlar oynanılıb və “Bilim şou” nümayiş edilib.
Sonda şagirdlərə sertifikatlar və “Final” çaydan hədiyyələr verilib.
30 ildir ki, böyük rəğbət və sevgi ilə qarşılanan “Final” çay müasir texnologiyaların tətbiqi ilə keyfiyyəti əsas tutaraq inkişaf edib və yeniliklərlə hər zaman istehlakçıları diqqətdə saxlayıb.
- Azərbaycan ABŞ-la birgə hərbi təlimdə - Video
- Qeyri-formal məşğul olan şəxslər belə müəyyən ediləcək - Nazir
- Ermənistan Qarabağ danışıqlarına dair sənədləri yayımladı
- Tiflis TIR-larımızı buraxmadı: Kobaxidzedən reaksiya
- Rüstəm İbrahimbəyov Mehdiyevlə bağlı nələr demişdi?
- Gəncə "Nizami İnnovasiya Mərkəzi” niyə açılmır? - İRİA icraçını ağır vəziyyətdə qoyub
- Gürcüstan Azərbaycana problem yaradır - Saakaşvili
- Milli Şura ilə bağlı Qərbdə bu fikir var - Ekspertdən şok