Ötən gün Rusiya və Tacikistan xarici işlər nazirləri arasında telefon danışığı olub. Tacikistanın xarici işlər naziri Siracəddin Muhriddin Kremlin Mərkəzi Asiyadan olan miqrantlara münasibətindən qəzəbləndiyini bildirib.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna mətbuatı ABŞ-ın Müharibənin Araşdırılması İnstitutuna istinadən məlumat yayıb.
“O, Sergey Lavrovla telefon danışığında bildirib ki, Rusiya ərazisinə daxil olan və çıxan miqrantlara nəzarət etmək səyləri Tacikistan-Rusiya münasibətlərini gərginləşdirir. Muhriddin Rusiyanın Tacikistan vətəndaşlarının hüquq və azadlıqlarını pozduğunu vurğulayıb. İnsanlara bu cür münasibət Tacikistan-Rusiya dostluğu prinsiplərinə uyğun gəlmir. Muhriddin Lavrovun “Krokus”dakı terror aktından sonra Kremlin guya Rusiyada yaşayan bu və ya digər etnik və dini qruplara qarşı konkret addımlar atmadığı barədə bəyanatlarını yalan adlandırıb. Əksinə, Moskva yalnız Tacikistandan olan vətəndaşlara mənfi reaksiya verib. “Krokus”da baş verən terror aktından sonra Rusiya hakimiyyəti müsəlmanlara və taciklərə qarşı repressiyaları gücləndirib”, - məlumatda deyilir.
Qeyd edək ki, ötən gün baş tutan telefon danışığı zamanı Lavrovun tacik həmkarına bu tədbirlərin müvəqqəti olduğunu dediyi bildirilmişdi.
- Azərbaycan ABŞ-la birgə hərbi təlimdə - Video
- Qeyri-formal məşğul olan şəxslər belə müəyyən ediləcək - Nazir
- Ermənistan Qarabağ danışıqlarına dair sənədləri yayımladı
- Tiflis TIR-larımızı buraxmadı: Kobaxidzedən reaksiya
- Rüstəm İbrahimbəyov Mehdiyevlə bağlı nələr demişdi?
- Gəncə "Nizami İnnovasiya Mərkəzi” niyə açılmır? - İRİA icraçını ağır vəziyyətdə qoyub
- Gürcüstan Azərbaycana problem yaradır - Saakaşvili
- Milli Şura ilə bağlı Qərbdə bu fikir var - Ekspertdən şok