Universitetlər özlərinin daxili qaydalarına istinad edərək tələbələrin hüquqlarını pozurlar. Onların bu cür hərəkətləri “Təhsil haqqında” qanuna ziddir. Ali təhsil müəssisələrinin daxili qaydalarına əsaslanaraq tələbələrin saç-saqqal saxlamasına müdaxiləsi mümkün deyil.
Bu sözləri BUTA.TV-a təhsil üzrə ekspert Kamran Əsədov Bakı Biznes Universitetində saqqal saxladıqları üçün dərslərə buraxılmayan tələbələr haqqında danışarkən deyib.
Onun sözlərinə görə, hər bir tələbənin geyimi və tərzi onun öz seçimidir, universitetlərin bu məsələdəki müdaxiləsi yolverilməzdir:
“Düzdür, hər bir universitetin nizamnaməsinin 1.7-ci bəndinə əsasən, universitetdə təhsil alanların geyim formasını Elmi Şuranın qərarı ilə müəyyən etmək hüququ vardır. Amma geyim forması müəyyən olunarkən təhsil alanların hüquqları və təhsil almaq hüquqları tapdanmamalıdır. Eyni zamanda ali təhsil müəssisələrinin daxilində təhsil alan və təhsil verənlərin münasibətləri təhsilalanların daxili intizam qaydaları ilə tənzimlənir. Yəni universitetlər daxili işlərində müstəqildirlər, amma bu zaman qanunvericilik aktlarına əmək etməyə borcludurlar. Yəni qadağalar təhsilin inkişafı, keyfiyyətinin yüksəldilməsi üçün olmalıdır. Bu da əsaslandırılmış olmalıdır, nəzəriyyə ilə yox”.
Məsələyə münasibət bildirlən təhsil eksperti, Təhsil Nazirliyi yanında İctimai Şuranın sabiq sədri Şahlar Əsgərov isə hesab edir ki, özəl universitet öz daxili qaydalarına uyğun hərəkət edib, burada bəzi nüanslar nəzərə alınmalıdır:
“Güman edirəm, universitetin daxili nizam-intizam qaydalarına əməl etmək ən düzgün yoldur. Təhsilin keyfiyyəti davamiyyətdən asılıdır. Bu universitet də qabaqcıl təhsil müəssisələrimizdən biridir. İndi haqlı olaraq öz daxili qanun-qaydaları ilə hərəkət edir. Biz ona şəxsi azadlığın məhdudlaşdılması kimi baxmalı deyilik. Nəzərə almalıyıq ki, gənclərimizdən istifadə etmək bizə dost olmayan ölkələrin planında var. Çünki gənclərin enerjisi çox, dünyagörüşü azdır. Tələyə tez düşə bilərlər. Bunları da gərək nəzərə alaq”.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən isə saytımıza bildirilib ki, saqqala görə tələbələrin təhsil müəssisəsinə buraxılmaması ilə bağlı hər hansı qadağa mövcud deyil. Ümumi qaydalarda belə qadağa olmadığı üçün daxili qaydalarda da bu qadağa yoxdur. Bu, özəl müəssisədir, ancaq agentliyə bu məsələ ilə bağlı şikayət daxil olmayıb. Əgər belə hal olarsa, məsələ araşdırılacaq.
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir