Müharibə başlayandan Belqorodda 120 insan ölüb

00:44 - 23 Aprel 2024 - GÜNDƏM

 Müharibə başlayandan Belqorodda 120 insan ölüb

Rusiyanın Ukraynaya müharibəsi başlayandan bəri Belqorod vilayətində 120 dinc sakin ölüb, 651-i yaralanıb.

BUTA.TV xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov deyib.

O bildirib ki, ölənlərdən 11-i uşaqdır.

Qeyd edək ki, 2022-ci ilin fevralın 24-də Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi başlayandan bəri işğalçı ölkənin sərhədyanı bölgəsi olan Belqorod vilayəti tez-tez Ukrayna Silahlı Qüvvələrinin atəşinə məruz qalır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol