Ermənistan hökumətinin mətbuat xidməti Kirants kəndinin sakinlərinin Baş nazir Nikol Paşinyanla ötən gün axşam saatlarında Baş nazirin müavini Mger Qriqoryanın və digər yüksək vəzifəli şəxslərin də iştirak etdiyi görüşünü şərh edib.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan NK məlumat yayıb.
“Kirants sakinləri onları maraqlandıran bütün sualları səsləndiriblər, baş nazir onlara mövcud vəziyyəti ətraflı şəkildə izah edib və hökumətin bütün problemlərdən xəbərdar olduğunu vurğulayıb.
Praktiki işə elə yerindəcə başlamaq və qaldırılan məsələlərin birgə müzakirələr yolu ilə həllinə çalışmaq təklif olunub”, - məlumatda bildirilib.
Qeyd edək ki, Qazaxın işğal altında olan 7 kəndindən anklav olmayan 4-nün qaytarılmasına etiraz edən Kirants kənd sakinləri 29 apreldə axşam saatlarında Baş nazir Nikol Paşinyanla görüşüb.
- Beyləqanda silahlı insidentlə bağlı istintaq tamamlandı
- Şahin Şıxlinski ilə bağlı şok qərar
- “10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
- Şəhid övladları üçün “Zəfər” Amerika Yay Düşərgəsi keçirilir
- Bankdan 200 minlə çıxan şəxsin pulu ələ keçirildi - Anbaan video
- Tofiq Mirzəyev İsraildə dəfn edilib - Fotolar
- 21 yaşlı gənc suvarma hovuzunda boğuldu
- Bu imtahana giriş üçün 40 manat ödəyəcəksiniz