Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslər dəfn edilərkən "Hərbi əsirlərlə rəftara dair", "Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair" və "Beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair" konvensiyaların müddəaları kobud surətdə pozulub.
BUTA.TV xəbər verir ki, bu barədə Baş Prokurorluğun kriminalistika şöbəsinin rəisi Orxan Rzayev aprelin 30-da keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, müharibə zamanı mülki şəxslərin müdafiəsi ilə bağlı konvensiyanın tələblərinə əsasən münaqişə tərəflərinin üzərinə cəsədlərin fərdi qaydada dəfn olunması, bundan əvvəl ölümün təsdiq olunması, ölən şəxslərin şəxsiyyətinin müəyyən edilməsi və bu barədə hesabatın hazırlanması öhdəlik kimi qoyulub:
"Cenevrə Konvensiyasına əsasən, münaqişə tərəfləri ölənlərin ləyaqətlə və mümkün qədər mənsub olduqları dinin tələblərinə uyğun şəkildə dəfn edilməsini, həmişə tapıla bilən olması üçün lazimi qaydada qorunmasını və nişanlanmasını təmin etməlidirlər. Kütləvi məzarlıqlara baxış keçirilərkən aşkar edilmiş insan qalıqlarının mövcud vəziyyətinə əsasən onların bir-birinin üzərində heç bir fərdiləşmə aparılmadan basdırıldığı müəyyənləşib".
- Ordumuzun reytinqdə bir pillə geriləməyinə səbəb nədir?
- Azərbaycanlı əsirin məcburi imzaladığı sənəd yayıldı
- ABŞ Ermənistana sərhəd mühafizə qrupu göndərir – Təcili
- İrəvanla Bakı bu 2 məsələni həll etməlidir: Ya hə, ya yox!
- Rusiya helikopteri Azərbaycanda, AZAL təyyarəsi Aktauda...
- Lavrovdan Azərbaycan açıqlaması: Bakı ilə əlaqələr...
- AZAL təyyarəsinin qəzasından sui-istifadə... - Mixaylov
- Lavrovun “Bayramova məktub” yalanını kim və niyə yaydı?