5 il öncəyə qədər 50 yaşdan yuxarı kişilər prostat xərçənginə qarşı yoxlanmalı idisə, artıq bu tələb dəyişib.
BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, uroloq Aleksandra Vinnikova prostat xərçənginin müasir kişilərdə ən çox rast gəlinən onkoloji xəstəlik olduğunu deyib:
“90% ölkələrin Səhiyyə Nazirliyinin klinik tövsiyələrinə görə, 50 yaşdan sonra kişilər hər il uroloq müayinəsindən keçməlidir. Amma əgər atada, babada prostat vəzi xərçəngi olubsa, 40-45 yaşdan profilaktik müayinələr təyin olunur.
Prostat xərçəngi iltihabdan qaynaqlanır, bunun isə ən dəqiq göstəricisi xüsusi antigen, PSA analizidir ki, qanla yoxlanır. Normada PSA qanda 2,5-5 mq-ml olmaldır.
Digər müayinələr USM, sidik analizi, rektal müayinə, lazım gələrsə KT-dir.
Əgər kişidə sidiyə getmədə çətinlik, yanma hissi, gecələr tualetə getmə varsa, ağrı, arıqlama olursa, mütləq onkoloqa müraciət edilməlidir.
Prostat xərçəngi risk qrupu: metobolik sindrom, piylənməsi olanlar, diabet xəstələri, xolesterin, vəzin hiperplaziyası, testosteron pozulması, irsi genetik meyil".
- Bakıda Ayfon-17 niyə bu qədər baha satılır? - Səbəb
- Bakıda binanın altından metroya keçid inşa edilir - Video
- 3 ay əvvəl müşavir təyin edilmişdi - Ayrıldı
- Sürücülərin diqqətinə: Bu yollarda hərəkət məhdudlaşdırılır
- Kanala yıxılan şəxs belə xilas edildi – Video
- DÇ-2030-dan imtina edə bilərlər
- Prezidentin Qırğızıstan səfərindən - Görüntülər
- Mehdiyevlərin bankı bağlandı - Aktiv və öhdəlikləri ABB-yə ötürüldü