Bakıda yerləşən “My Music” otelində baş verən bədbəxt hadisə ictimai diqqəti yenidən bu sektora yönəldib.
Otellərdə təhlükəsizlik qaydaları necə qorunur? Bu məkanlara üz tutan turistlərin həyatı üçün hər hansı təhlükə varmı? Mövzu ilə bağlı danışan turizm üzrə mütəxəssis Cabir Dövlətzadə bildirib ki, belə hadisələrdə otelin məsuliyyəti müştəriyə göstərdiyi xidmətlə bağlıdır:
“Belə bədbəxt hadisələrin olması insan faktoruna bağlıdır. Çünki gələn insanların nədən və nə dərəcədə istifadə etdikləri əhəmiyyətlidir. Otelin bu hadisədə nə dərəcədə məsuliyyət daşıması onun göstərdiyi xidmətlərlə bağlıdır. Ümumiyyətlə, Bakıdakı otellərin çoxu səhər yeməkli xidmət verir. Daha təkmilləşmiş 4 və 5 ulduzlu otellərdə isə səhər və axşam yeməyi təqdim olunur. Həmin otelin tam olaraq müştərilərinə hansı növ xidmət göstərdiyini bilmədiyim üçün konkret nəsə demək çətindir. Bəzən içkidən zəhərlənmələr də baş verir. Belə hallarda içkinin kim tərəfindən təqdim olunduğu çox vacibdir. Yəni içkinin müştəri tərəfindən alınması və ya otel tərəfindən təqdim olunması məsələsini nəzərdə tuturam. Digər tərəfdən, müəyyən psixotrop maddələrdən istifadə edilib-edilməməsi də araşdırılır. Çünki bu ümumi ekspert rəyindən sonra ortaya çıxır”.
Mütəxəssis bildirib ki, otellərdə belə halların olmaması üçün təqdim olunan yeməklər öncədən həkim tərəfindən yoxlanmalıdır:
“Otelin məsuliyyəti qarşı tərəfə müqavilə və sifariş əsasında günlük xidmət etməsidir. Müştərilər otağı öncədən rezervasiya edir və rezervasiya saatına uyğun olaraq gəlib gedirlər. Burada olan əlavə xidmətləri əgər otel verirsə, onun kim və nə dərəcədə verilməsi vacib məsələdir. Bu mövzuda hər şeydən öncə ekspert rəyi çox vacibdir. Əgər otel hər hansı bir restoran xidməti verməyibsə, orada kiminsə zəhərlənməsi birbaşa otelin məsuliyyətində olmamalıdır. Çünki bir çoxları hətta otel xarici sifariş servisindən istifadə edirlər. Xidmətin kim tərəfindən, nə zaman verildiyi və müştərinin nələrdən istifadə etməsi otellə hüquq-mühafizə orqanları arasında araşdırma mövzusudur. Ümumiyyətlə belə hadisələrin baş verməməsi üçün, əgər otellər restoran xidməti verirlərsə, həmin restoran xidmətlərində yeməklər mütləq şəkildə həkim yoxlanışından keçirilməlidir. Xarici ölkələrdə bu qabaqcadan müəyyən edilir”.
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir