Su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanıldı - Foto
Foto
Şəmkir su anbarında qanunsuz balıq ovunun qarşısı alınıb.
“BUTA TV” xəbər verir ki, Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir XPM-nin keçirdiyi tədbirlərlə Tovuz rayon sakinləri Ceyhun Əliyev və Elşad Məmmədov saxlanılıb.
Su anbarında qanunsuz balıq ovlayarkən müəyyən edilərək saxlanılan şəxslərdən rezin qayıq, balıq ovlamaq üçün alətlər və 32 ədəd balıq aşkar edilərək götürülüb.
Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.
