Jurnalist Fikrət Hüseynli sosial media hesabında Real TV-nin rəhbəri, tanınmış jurnalist Mirşahin Ağayevin oğlu Mirçingiz Ağayevin toy mərasimi ilə bağlı paylaşım edib.

BUTA.TV xəbər verir ki, Hüseynli paylaşımında iddia edib ki, Mirşahin Ağayev oğlunun toyuna getməyib və hətta REAL TV-də çalışan əməkdaşlara da mərasimə qatılmamağı tapşırıb.

Jurnalistin sözlərinə görə, bunun nəticəsində toy mərasimində cəmi 20-25 nəfər iştirak edib. O həmçinin restoranda ödəniş məsələsinə görə Mirçingiz Ağayevin gəlininin girov saxlanılmasının istənildiyini iddia edib.

Fikrət Hüseynli paylaşımında Mirşahin Ağayevin əvvəllər oğlu ilə bağlı “Mir Şahini qoruyun! Mir Şahini qorumaq vicdanlı insanların öhdəliyidir” ifadəsinin yer aldığı paylaşımı da xatırladıb və bununla bağlı tənqidi fikirlər səsləndirib.

Qeyd edək ki, Mirçingiz Ağayevin toy mərasiminin keçirildiyi barədə yerli mediada da məlumat yayılıb.

Buta.tv olaraq qeyd edirik ki, Fikrət Hüseynlinin paylaşımında səsləndirilən məlumatlar onun iddialarıdır. Mirşahin Ağayev və ya digər tərəflərin məsələ ilə bağlı mövqeyi açıqlanarsa, onu da təqdim edəcəyik.