"Şamaxinka" ərazisində qorxunc qəza: Avtomobil yararsız hala düşdü, yol təsərrüfatına ziyan dəydi - VİDEO
Video
Foto
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV xəbər verir ki, hadisə paytaxtın "Şamaxinka" kimi tanınan ərazisində gecə saatlarında qeydə alınıb.
Hadisə ilə bağlı videogörüntü yayılıb. Görüntülərdən qəza nəticəsində avtomobillərdən birinin ciddi şəkildə zədələnərək yararsız hala düşdüyü görünür. Həmçinin yol təsərrüfatına da ciddi ziyan dəydiyi müşahidə olunur.
Qəzanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Ölən və ya xəsarət alanların olub-olmaması barədə də məlumat yoxdur.
Hadisənin təfərrüatı, eləcə də qəzanın səbəbləri ilə bağlı aidiyyəti qurumlara sorğu verilib.