Cənubi Qafqazda bu cür təlatümlü vəziyyətində İlham Əliyev güclü siyasətçi kimi regionun təhlükəsizlik, eləcə də sabitliyinin təmin olunmasına kömək edəcək.
BUTA.TV xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert İqor Korotçenko “Moskva-Bakı” nəşrinə müsahibəsində Türkiyədə çevriliş cəhdi, Gürcüstan və Ermənistanda siyasi qarşıdurmalar, İran prezidentinin ölümü nəticəsində regionda qeyri-normal vəziyyətin yaranması barədə danışarkən deyib.
“Lukaşenkonun dediyi kimi, Cənubi Qafqazda təhlükəsizliyə görə yalnız öz dövləti səviyyəsindən daha qlobal miqyasda məsuliyyət daşımalı olan əsl lider (İlham Əliyev) peyda olub”, - o bildirib.
Qeyd edək ki, 16-17 mayda Azərbaycanda səfərdə olan Belarus lideri Aleksandr Lukaşenko İlham Əliyevin təkcə öz ölkəsindən deyil, həm də regionun sabitliyi və təhlükəsizliyindən məsul olan lider olduğunu bildirmişdi.
- Xankəndidə yanğın: üç tikiliyə ziyan dəydi
- Mənzildə çatışmayan sahənin pulunu geri ala bilərsiniz
- Azərbaycanda qaz ödənişləri ilə bağlı - Yenilik
- Bəzi rayonlara yağış yağdı, güclü külək əsdi
- Azərbaycan UEFA reytinqində ilk pillədə
- Cizgi filmləri uşaqların inkişafına necə təsir edir?
- İki gün sonra yeni sahibi bəlli olacaq - Dəyəri 1 milyondan bahadır
- “Bu ölkəyə səfər etməyin” - ABŞ səfirliyindən xəbərdarlıq