Bu gün “Qarabağ” Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Vestri” ilə cavab oyununa çıxacaq.
“BUTA.TV” xəbər verir ki, “Thróttarvöllur” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Görüşü Çexiyadan olan hakimlər briqadası idarə edəcək.
Bu komandalar arasında ilk matçda Ağdam təmsilçisi 3:0 hesablı qələbə qazanmışdı. Cütün qalibi 2-ci təsnifat mərhələsində SSKA (Sofiya, Bolqarıstan) - “Derri Siti” (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
Cütün məğlubu isə Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Qlentoran” (Şimali İrlandiya) – RFS (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək.
00:00. “Vestri” (İslandiya) – “Qarabağ” (Azərbaycan).
Hakimlər: Marek Radina, Kamil Hayek, Petr Kotalik, Daniel Vokoun.
***
Komandaların start heyətləri açıqlanıb:
“Vestri”: 1. Marvin Darri Steynarsson, 22. Elmar Atli Qardarsson (k), 13. Albert İnqi Yohansson, 3. Edson, 45. Qudmundur Pall Eynarsson, 77. Seriqne Fall, 18. Marino Steynar Haqbardsson, 7. Yakob Stensson, 14. Birkir Eydal, 11. Yohannes Selven, 19. Emmanuel Dua
Ehtiyat oyunçular: 33 Snedal, 4 Qbadamosi, 6 Balde, 10 Haftorsson, 12 Fete, 15 Svavarsson, 17 Hauksson, 23 Hermannsson, 27 Mörfelt, 29 Çeşmedjiyev.
“Qarabağ”: 99. Mateuş Koxalski, 5. Bruno Lanqa, 5. Bense Varkonyi, 55. Bədavi Hüseynov (k), 2. Mateus Silva, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 20. Kadi Borges, 10. Abdullah Zubir, 7. Jali Muaddib, 11. Zakaria Savo
Ehtiyat oyunçular: 1 Şahruddin Məhəmmədəliyev, 13 Bəhlul Mustafazadə, 18 Dani Bolt, 21 Oleksey Kaşuk, 25 Makrekis, 29 Renaldo Sefas, 32 Hikmət Cəbrayılzadə, 44 Elvin Cəfəquliyev, 49 Əli Bəşirov, 88 Samuel Lobato
***
Matç başladı.
***
5-ci dəqiqədə Jali Muaddib hesabı açır.
***
Pedro Bikalyo 29-cu dəqiqədə fərqi 2-yə çatdırır.
***
Fasilə.
***
İkinci hissə başladı.
***
Zakaria Savo 57-ci dəqiqədə hesabı 3:0 edir.
***
Matç komandamızın 3:0 hesablı qələbəsi ilə başa çatır. Bununla da təmsilçimiz ikinci təsnifat mərəhləsinə vəsiqəni təmin edir.
- “Qarabağ” darmadağınla növbəti mərhələdə - Video-Yenilənib
- Bu gün bu rayonda qaz olmayacaq
- Ölkədə internetin sürəti açıqlandı - Rəsmi göstəricilər
- Bakının bir sıra ərazilərində qaz olmayacaq
- Rəhmanın dostu da dənizdə boğulubmuş - Video
- “Qarabağ”ın oyunu “CBC Sport”da canlı yayımlanacaq
- Azərbaycan Ermənistana plastik tikinti materialları ixracına başladı
- Taxt-taca çıxmaq üçün 3 il əsgərlik çəkdi - 150 ildən sonra ilk