Azərbaycanda unun qiyməti son bir ayda bahalaşıb.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, aprel ayının 25-nə qədər 50 kiloqramlıq unun qiyməti 25 manat 5 qəpik təşkil edib. Ötən ayın sonlarından isə bu qiymət 27 manat 35 qəpiyə qədər artıb.
Belə olan halda çörəyin qiyməti artırılacaqmı?
Məsələ ilə bağlı açıqlama verən Sarı Sünbül MMC unun bahalaşmasını təsdiq edib:
“Bəli, 50 kiloqramlıq unun hazırda topdansatış qiyməti 27 manatdır. Bahalaşma unun bütün növlərinə aiddir. Buna səbəb isə buğdanın qiymətinin artmasıdır”.
“İsrafiloğlu” MMC-dən isə bildirilib ki, NUR çörəyi hələ ki, köhnə qiymətlə satılır:
“Unun bahalaşması səbəbindən çox güman ki, biz də topdansatış qiymətini artıracağıq. Bu, bizdən asılı məsələ deyil. Un bahalaşırsa, avtomatik cüzi də olsa çörəyin qiyməti artırılacaq”.
- Xankəndidə yanğın: üç tikiliyə ziyan dəydi
- Mənzildə çatışmayan sahənin pulunu geri ala bilərsiniz
- Azərbaycanda qaz ödənişləri ilə bağlı - Yenilik
- Bəzi rayonlara yağış yağdı, güclü külək əsdi
- Azərbaycan UEFA reytinqində ilk pillədə
- Cizgi filmləri uşaqların inkişafına necə təsir edir?
- İki gün sonra yeni sahibi bəlli olacaq - Dəyəri 1 milyondan bahadır
- “Bu ölkəyə səfər etməyin” - ABŞ səfirliyindən xəbərdarlıq