Avstraliya iğtişaşların davam etdiyi Yeni Kaledoniyadan vətəndaşlarını təxliyə etmək qərarına gəlib.
BUTA.TV xəbər verir ki, bu barədə Avstraliya xarici işlər naziri Penni Vonq məlumat verib.
“Avstraliya vətəndaşları və digər ölkələrdən olan turistləri Yeni Kaledoniyadan təxliyə etmək üçün iki uçuş həyata keçirməyə icazə almışıq”, - Vonq X səhifəsində yazıb.
Yeni Zelandiya hökuməti də Yeni Kaledoniyada olan vətəndaşlarının təxliyəsinə başlayacağını açıqlayıb.
Qeyd edək ki, Yeni Kaledoniyada baş verən iğtişaşlar nəticəsində 6 nəfər ölüb, onlarla insan yaralanıb, 200-dən çox şəxs saxlanılıb. Muxtar quruma 200 milyon avrodan çox ziyan dəyib.
- Xankəndidə yanğın: üç tikiliyə ziyan dəydi
- Mənzildə çatışmayan sahənin pulunu geri ala bilərsiniz
- Azərbaycanda qaz ödənişləri ilə bağlı - Yenilik
- Bəzi rayonlara yağış yağdı, güclü külək əsdi
- Azərbaycan UEFA reytinqində ilk pillədə
- Cizgi filmləri uşaqların inkişafına necə təsir edir?
- İki gün sonra yeni sahibi bəlli olacaq - Dəyəri 1 milyondan bahadır
- “Bu ölkəyə səfər etməyin” - ABŞ səfirliyindən xəbərdarlıq