ABŞ Konqresi İsrail Baş naziri Benyamin Netanyahuya qarşı həbs qərarı çıxaracağı təqdirdə Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) sanksiya tətbiq etməyi planlaşdırır.
BUTA.TV xəbər verir ki, bu barədə Nümayəndələr Palatasının spikeri Mayk Consonun yaydığı bəyanatda deyilib.
Onun sözlərinə görə, BCM-in prokurorunun Netanyahunun həbsinə order verilməsi tələbinə ABŞ Prezidenti Co Bayden administrasiyasının İsrailə təzyiq kampaniyası səbəb olub.
“Beynəlxalq Cinayət Məhkəməsi cəzalandırmaq və həbs qərarı ilə irəliləyəcəyi təqdirdə onun rəhbərliyinin nəticələrlə üzləşməsini təmin etmək üçün sanksiyalar da daxil olmaqla, bütün variantları nəzərdən keçiririk. BCM-nin səlahiyyətləri İsrail və ya ABŞ-a şamil edilmir və prokurorun əsassız və qeyri-qanuni tələbi qlobal qınağa məruz qalmalıdır”, - Conson bildirib.
Consonun fikrincə, BCM İsrail rəsmilərini terrorçularla eyniləşdirməyə çalışır:
“Əgər BCM-nin İsrail rəhbərliyini təhdid etməsinə icazə verilsə, onda növbəti hədəf bizim rəhbərliyimiz olacaq”.
Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru İsrail Baş naziri Benyamin Netanyahu, müdafiə naziri Yoav Qallant və HƏMAS-ın Yəhya Sinvar da daxil olmaqla, 3 liderinin həbsinə order verilməsini tələb etmişdi.
- Xankəndidə yanğın: üç tikiliyə ziyan dəydi
- Mənzildə çatışmayan sahənin pulunu geri ala bilərsiniz
- Azərbaycanda qaz ödənişləri ilə bağlı - Yenilik
- Bəzi rayonlara yağış yağdı, güclü külək əsdi
- Azərbaycan UEFA reytinqində ilk pillədə
- Cizgi filmləri uşaqların inkişafına necə təsir edir?
- İki gün sonra yeni sahibi bəlli olacaq - Dəyəri 1 milyondan bahadır
- “Bu ölkəyə səfər etməyin” - ABŞ səfirliyindən xəbərdarlıq