İranın Baş Prokurorluğu hökumət başçılarının ölümündən sui-istifadə edərək ictimai rəyi çaşdıran, səhv məlumatlar yayan və paylaşımlar edənlərə qarşı ciddi və təxirəsalınmaz tədbirlər görülməsi barədə ölkə prokurorluqlarına göstəriş verib.
BUTA.TV xəbər verir ki, bunu İranın baş prokuroru Məhəmməd Müvəhhidi Azad deyib.
Bununla yanaşı, hökumətə bağlı başqa qurumlar da sosial media istifadəçilərinə müraciət ediblər.
Onlar istifadəçilərdən helikopter qəzasında həlak olanlara görə sevinənlər, paylaşım edənlər barədə məlumatları əlaqədar dövlət qurumlarına ötürməyi istəyiblər.
“Mehr” xəbər agentliyi isə Prezident İbrahim Rəisinin ölüm xəbərinə görə sevinən vətəndaşları “sistemin düşməni” adlandırıb.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.
- Cizgi filmləri uşaqların inkişafına necə təsir edir?
- İki gün sonra yeni sahibi bəlli olacaq - Dəyəri 1 milyondan bahadır
- “Bu ölkəyə səfər etməyin” - ABŞ səfirliyindən xəbərdarlıq
- Onlar “Neftçi”yə rəqib oldular
- “Qarabağ” darmadağınla növbəti mərhələdə - Video-Yenilənib
- Bu gün bu rayonda qaz olmayacaq
- Ölkədə internetin sürəti açıqlandı - Rəsmi göstəricilər
- Bakının bir sıra ərazilərində qaz olmayacaq