ABŞ və Avropa Birliyi Rusiya ilə əməkdaşlığa görə Çin şirkətlərinə qarşı sanksiyaları davam etdirəcək.
BUTA.TV xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken Konqresdə dinləmələr zamanı deyib.
Onun sözlərinə görə, Qərb ölkələri Rusiya ilə əlaqəli olduğu iddia edilən Çindən olan 100-dən çox şirkətə qarşı artıq sanksiyalar tətbiq edib.
"Biz sanksiyaları davam etdirəcəyik", - deyə Blinken vurğulayıb.
Bundan əvvəl Çin Tayvana silah tədarükünə görə ABŞ-ın üç şirkətinə qarşı sanksiya tətbiq etmişdi.
- Cizgi filmləri uşaqların inkişafına necə təsir edir?
- İki gün sonra yeni sahibi bəlli olacaq - Dəyəri 1 milyondan bahadır
- “Bu ölkəyə səfər etməyin” - ABŞ səfirliyindən xəbərdarlıq
- Onlar “Neftçi”yə rəqib oldular
- “Qarabağ” darmadağınla növbəti mərhələdə - Video-Yenilənib
- Bu gün bu rayonda qaz olmayacaq
- Ölkədə internetin sürəti açıqlandı - Rəsmi göstəricilər
- Bakının bir sıra ərazilərində qaz olmayacaq