Qərb İran Prezidenti İbrahim Rəisinin helikopter qəzasında ölümündən sonra İranla münasibətlərdə qeyri-sabitliyin artması dövrünə hazırlaşır.
BUTA.TV xəbər verir ki, bu barədə "Voll Strit Jurnalı" Qərb rəsmilərinə istinadən yazıb.
Rəsmilərin sözlərinə görə, İrandan xarici siyasətdə böyük dəyişikliklər gözlənilmir.
Nəşrin iddiasına görə, İran çox güman ki, Çin və Rusiya ilə münasibətləri dərinləşdirməyə davam edəcək, nüvə proqramını inkişaf etdirəcək və HƏMAS hərəkatını dəstəkləyəcək:
"Qarşıdan gələn seçkilər İrana regionda daha sərt mövqe tutmaq imkanı verə bilər".
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.
- Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yeni təyinat
- Bu şəxslərin maaşlarında artım oldu
- Bu, müharibədən, böhrandan, təhdiddən daha dağıdıcı olur
- İrəvanla gündəlikdə olan əsas prioritet... - Hacıyev
- Azərbaycan aldadıcı hava hücumu həmləsi etdi - CNN
- Heç kim yaşamaq istədiyi həyatı yaşamır
- ABŞ-la danışıqlardan sonra sülh planı yaxşı görünür - Zelenski
- Əli Kərimlidən sonra növbə kimindir?