“Qarabağ” oynamadan öncə Aygün oxuyacaq

12:14 - 22 May 2024 - GÜNDƏM

 “Qarabağ” oynamadan öncə Aygün oxuyacaq

Azərbaycan Kubokunun finalından əvvəl Aygün Kazımovanın iştirakı ilə konsert proqramı baş tutacaq.

Peşəkar Futbol Liqasından BUTA.TV-a verilən məlumata görə, Xalq artisti iyunun 2-də baş tutacaq mövsümün son matçından əvvəl təşkil olunacaq konsert proqramına dəvət alıb.

Tədbir saat 19:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan Kubokunun finalında “Qarabağ” və “Zirə” klubları üz-üzə gələcəklər. Oyuna biletlərin qiyməti yerlərdən asılı olaraq 5, 10, 15 və 50 manatdır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol