Ermənistan və Azərbaycan arasında ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı danışıqlar davam edir.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan Lüksemburqun Deputatlar Palatasının sədri Klod Vayslerlə keçirdiyi mətbuat konfransında deyib.
“Bu, hazırkı mərhələdə müzakirə olunan mövzulardan biridir. Amma bununla bağlı aramızda razılaşma yoxdur və müzakirələr davam edir”, - o bildirib.
A.Simonyan qeyd edib ki, tərəflər regionda kommunikasiyaların açılması məsələsi ilə bağlı danışıqlar aparır:
Sırskidən Fedorovun vəzifədən azad edilməsinə - Reaksiya - Yenilənib
“Biz 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda əksini tapan bütün kommunikasiyaların açılması ideyasına önəm veririk. Ermənistan bu istiqamətdə fəaliyyətini davam etdirir”.
O, bu istiqamətdə işlərin uğurla başa çatacağına ümid etdiyini vurğulayıb.
- İki gün sonra yeni sahibi bəlli olacaq - Dəyəri 1 milyondan bahadır
- “Bu ölkəyə səfər etməyin” - ABŞ səfirliyindən xəbərdarlıq
- “Qarabağ” darmadağınla növbəti mərhələdə - Video-Yenilənib
- Bu gün bu rayonda qaz olmayacaq
- Ölkədə internetin sürəti açıqlandı - Rəsmi göstəricilər
- Bakının bir sıra ərazilərində qaz olmayacaq
- Rəhmanın dostu da dənizdə boğulubmuş - Video
- “Qarabağ”ın oyunu “CBC Sport”da canlı yayımlanacaq