Moskva müftisi Rusiyaya xəbərdarlıq etdi

15:54 - 22 May 2024 - GÜNDƏM

 Moskva müftisi Rusiyaya xəbərdarlıq etdi

Rusiyada niqab qadağası cəmiyyətdə gərginliyin artmasına səbəb olacaq.

BUTA.TV xəbər verir ki, bunu Moskvanın müftisi və Moskva kafedral məscidinin baş imamı İldar Alyautdinov deyib.

Onun sözlərinə görə, bu, Rusiya müsəlmanlarının narazılığına səbəb ola bilər:

“Niqab taxmaq məsələsinin özü mübahisəli olaraq qalır. Ruhani İdarəsinin Üləmalar Şurası bunu hakimiyyətlə müzakirə etməyə hazırdır. Müsəlman Ruhani İdarəsi müasir dünyəvi dövlətdə niqab taxmağın tərəfdarı deyil. Lakin islam ölkələri bu baş geyimini “geyim hüququnun pozulması” kimi öz dinlərinə qarşı repressiya şəklində qiymətləndirə bilər”.

Qeyd edək ki, Rusiya İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyev də qadınlar üçün ənənəvi qapalı baş geyimlərinin mümkün qadağasına etirazını bildirib:

“Bu cəhdlər Rusiya vətəndaşlarına sərbəst dini etiqad hüququnun və din qanunlarına riayət etməyi təmin edən dünyəvi hüquq normalarının, eləcə də Konstitusiyanın pozulmasının açıq bir aktı kimi görünəcəkdir. Belə bir qadağanın tətbiqi Rusiyanın Yaxın Şərq ölkələri ilə münasibətlərinin yaxşılaşmasına mənfi təsir göstərəcək”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol