Xəzər Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat keçirib.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Tədbir nəticəsində 1986-cı il təvəllüdlü Ramal Fətullayev saxlanılıb. Ondan 2 kiloqram güclü təsiredici narkotik vasitə olan heroin aşkarlanıb. R.Fətullayev şəxsiyyəti istintaqla araşdırılan və sosial şəbəkələrdə tanış olduğu bir nəfər tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib. O, heroini maddi qazanc müqabilində deyiləcək ünvanlara yerləşdirməli imiş.
Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı isə vətəndaşlardan birinə məxsus yeni tikilməkdə olan evdən 125 min manat dəyərində inşaat materialları oğurlayan 1993-cü il təvəllüdlü Taleh Mirzəyev və 1994-cü il təvəllüdlü İvan Kisliyakov saxlanılıb.
Araşdırmalarla İ.Kisliyakovun həmin mənzildə gözətçi işlədiyi və oğurladığı inşaat materiallarının bir hissəsini tanışı T.Mirzəyevin vasitəsi ilə satdığı müəyyən edilib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
- Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yeni təyinat
- Bu şəxslərin maaşlarında artım oldu
- Bu, müharibədən, böhrandan, təhdiddən daha dağıdıcı olur
- İrəvanla gündəlikdə olan əsas prioritet... - Hacıyev
- Azərbaycan aldadıcı hava hücumu həmləsi etdi - CNN
- Heç kim yaşamaq istədiyi həyatı yaşamır
- ABŞ-la danışıqlardan sonra sülh planı yaxşı görünür - Zelenski
- Əli Kərimlidən sonra növbə kimindir?