Tarixi və real Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi şəxsən mənim üçün çox ağrılı mövzudur.
BUTA.TV xəbər verir ki, bu sözləri mayın 22-də parlamentdə “hökumət saatı”nda Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Getdiyimiz yol bizi konkret sərhədləri olan konkret dövlətə aparıb. Bu məğlubiyyət deyil, şüurumuzun hisslərimiz üzərində böyük qələbəsidir.
İndi Ermənistanda özəyini dövlət, suverenlik və müstəqillik təşkil edən dövlət ideologiyası formalaşır. Bu, Ermənistan vətəndaşları üçün tarixi nailiyyətdir. Kirantsda çəkilən yol sadəcə yol deyil, tarixi Ermənistandan real Ermənistana gedən yoldur. İki aya hazır olacaq”, - deyə o qeyd edib.
- Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yeni təyinat
- Bu şəxslərin maaşlarında artım oldu
- Bu, müharibədən, böhrandan, təhdiddən daha dağıdıcı olur
- İrəvanla gündəlikdə olan əsas prioritet... - Hacıyev
- Azərbaycan aldadıcı hava hücumu həmləsi etdi - CNN
- Heç kim yaşamaq istədiyi həyatı yaşamır
- ABŞ-la danışıqlardan sonra sülh planı yaxşı görünür - Zelenski
- Əli Kərimlidən sonra növbə kimindir?