Azərbaycan Respublikasına dövlət səfərinə gələn Tacikistan Respublikasının Prezidenti İmaməli Rəhmanın mayın 23-də rəsmi qarşılanma mərasimi olub.
Axar.z xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Tacikistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonu qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Tacikistan Prezidentinə raport verdi.
Bayram Nurlunun dalınca aeroporta xidməti avtomobilini göndərən nazir müavini kimdir? - SENSASİYA
Prezident İlham Əliyev və Prezident Emoməli Rəhmon fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Tacikistan Prezidenti Azərbaycan əsgərlərini salamladı.
Tacikistan Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.
Azərbaycan nümayəndə heyəti Tacikistan Prezidentinə, Tacikistan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun qarşısından keçdi.
Dövlət başçıları rəsmi foto çəkdirdilər.
- Bu xəbərlərə də göz at
- Orbanın korteji Almaniyada qəzaya düşdü: ölən var
- 853-cü gün: Rusiyanın itkiləri yeniləndi
- Rus ordusu bu istiqamətdə irəlilədi
- Paşinyan Qafanda Rusiya konsulluğuna imkan vermir
- İlahiyyatçı Hacı Salman saxlanıldı: Azyaşlıya zorakılıq...
- İlahiyyatçı Hacı Salman saxlanıldı - Azyaşlıya əxlaqsızlığı kameraya düşüb - FOTO