Tiktok sosial şəbəkə hesabında yayılan videogörüntü əsasında DİN-in Baş DYP İdarəsinin Yol-Patrul Xidməti Alayında aparılan araşdırmalarla Salyan rayon sakinləri Anar Hüseynovun “Hunday” markalı, Surət Əliyevin isə VAZ-2107 markalı avtomobillərlə sürət yarışı təşkil edərək avtoxuliqanlıq əməli törətmələri müəyyən olunub.
İdarədən BUTA.TV-a verilən məlumata görə, digər hərəkət iştirakçıları üçün təhlükə yaratmaqla kobud qayda pozuntularına yol verən hər iki sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokollar tərtib edilərək baxılması üçün aidiyyatı məhkəməyə göndərilib.
Məhkəmənin qərarına əsasən hər iki şəxsin sürücülük hüququ məhdudlaşdırılmaqla - Anar Hüseynov 15, Surət Əliyev isə 20 gün müddətinə inzibati qaydada həbs edilib.
- Bu, müharibədən, böhrandan, təhdiddən daha dağıdıcı olur
- İrəvanla gündəlikdə olan əsas prioritet... - Hacıyev
- Azərbaycan aldadıcı hava hücumu həmləsi etdi - CNN
- Heç kim yaşamaq istədiyi həyatı yaşamır
- ABŞ-la danışıqlardan sonra sülh planı yaxşı görünür - Zelenski
- Əli Kərimlidən sonra növbə kimindir?
- Elçibəy Əli Kərimli ilə bağlı bunu xahiş etmişdi
- Əli Kərimli buna görə həbs edildi - Əli İnsanov