Bakı-Tehran münasibətləri... – Rusiya

16:52 - 23 May 2024 - GÜNDƏM

 Bakı-Tehran münasibətləri... – Rusiya

Azərbaycan-İran münasibətlərinin yaxşılaşması bütövlükdə Cənubi Qafqaz və Xəzər dənizi regionunda vəziyyətə müsbət təsir göstərəcək.

BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Cənubi Qafqaz ölkələri ilə onların qonşuları arasında regional layihələrin inkişafında böyük potensial görürük. Xüsusilə bu məntiq Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin genişləndirilməsi üzrə işimizdə öz əksini tapıb. Bakı və Tehranla, o cümlədən Rusiya-Azərbaycan-İran dialoq formatı çərçivəsində, həmçinin “3+3” məsləhətçi regional platforması çərçivəsində sıx əməkdaşlığı davam etdirməyə sadiqik. Bura Rusiya, İran, Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan daxildir. Əminik ki, regional oyunçuların özləri kənar müdaxilə olmadan mövcud problemlərin həlli yollarını axtarmalıdır. Müvafiq müsbət təcrübə var və biz ona arxalanmalıyıq”, - o bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol