Talıbovun Naxçıvanda yaratdığı fermer təsərrüfatı ləğv edildi

17:10 - 23 May 2024 - GÜNDƏM

 Talıbovun Naxçıvanda yaratdığı fermer təsərrüfatı ləğv edildi

Naxçıvan Muxtar Respublikasında "Kəhrəba Fermer Təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilib.

BUTA.TV İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub.

Qərara əsasən, "Kəhrəba Fermer Təsərrüfatı" fəaliyyətini dayandırdığından ləğv edilib.

Xatırladaq ki, cəmi altı il fəaliyyət göstərən "Kəhrəba Fermer Təsərrüfatı" muxtar respublikanın Ali Məclisinin ozamankı sədri Vasif Talıbovun zamanında yaradılıb.

Babək rayonunun Şıxmahmud kəndində yerləşən "Kəhrəba Fermer Təsərrüfatı" 26,2 hektar əkinəyararlı torpaq sahəsinə malikdir. Təsərrüfatın əkin sahəsində tütün, kartof, sarımsaq, taxıl, eyni zamanda, digər tərəvəz və bostan bitkiləri yetişdirilir. Əsasən, yerli toxum sortlarının yetişdirilməsinə üstünlük verilir. Burada Naxçıvan Dövlət Universitetinin Torpaqşünaslıq və Aqrokimya İxtisasının tələbələri də ənənəvi olaraq təcrübə keçiblər.

Fermer təsərrüfatının qanuni təmsilçisi isə Əməkdar kənd təsərrüfatı işçisi Rahət Hacıyevdir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol