Rəisinin nəşi göyərtədə: elə görüntü yayıldı ki… - Şok foto

17:46 - 23 May 2024 - GÜNDƏM

 Rəisinin nəşi göyərtədə: elə görüntü yayıldı ki… - Şok foto

Mayın 19-da helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisinin nəşinin daşındığı təyyarədən yayılan foto tənqid olunub.

BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, təyyarənin göyərtəsində çəkilmiş fotonu İranın nüfuzlu “Tasnim” agentliyi paylaşıb.

Dəfn mərasiminin keçirilməsi üçün Məşhədə uçan təyyarədə nəşin arxada olduğu iddia edilib.

Yayılan fotoda təyyarədə olan şəxslərdən bir neçəsinin güldüyü də əks olunub. Bu isə sərt tənqidlərə, İran ictimaiyyətində narazılıqlara səbəb olub.

Məlumata görə, təyyarənin göyərtəsində olanların bir neçəsi mərhum prezidentlə vida mərasimində iştirak edən ruhanilərdir.

Xatırladaq ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol