Avropa Birliyinə üzv ölkələr İsrail Baş naziri Benyamin Netanyahunun həbsinə order verəcəyi təqdirdə Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) qərarına əməl etməlidir.
BUTA.TV xəbər verir ki, bunu Avropa Birliyinin baş diplomatı Jozep Borrell deyib.
“Onlar bunu etməlidir. Bizdə ikili standartlar ola bilməz”, - Borrell bildirib.
Baş diplomat İspaniya, İrlandiya və Norveçin Fələstinin tanınması ilə bağlı qərarını “suveren qərar” adlandırıb.
Onun sözlərinə görə, bu prosesə Sloveniya da qoşula bilər.
- İrəvanla gündəlikdə olan əsas prioritet... - Hacıyev
- Azərbaycan aldadıcı hava hücumu həmləsi etdi - CNN
- Heç kim yaşamaq istədiyi həyatı yaşamır
- ABŞ-la danışıqlardan sonra sülh planı yaxşı görünür - Zelenski
- Əli Kərimlidən sonra növbə kimindir?
- Elçibəy Əli Kərimli ilə bağlı bunu xahiş etmişdi
- Əli Kərimli buna görə həbs edildi - Əli İnsanov
- Bakıda gündəm olan bu maşın kimindir? - Foto