Azərbaycanda səfərdə olan ABŞ-ın Meyn ştatının rəsmilərindən və ictimaiyyətin tanınmış üzvlərindən ibarət nümayəndə heyəti işğaldan azad edilmiş Şuşa və Laçında olub.
Bu barədə BUTA.TV-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, qonaqlara Şuşa şəhərində hazırkı mövcud vəziyyət haqqında məlumat verilib, aparılan sürətli bərpa və yenidənqurma işləri göstərilib. Nümayəndə heyəti Şuşaya yeni köçənlər üçün yaradılan şəraitlə tanış olub və görülən bu işləri yüksək qiymətləndiriblər. İşğal dövründə ermənilər tərəfindən Şuşa şəhərində mədəniyyət abidələrinə, məscidlərə qarşı törədilmiş vandalizm aktlarını pisləyiblər. Daha sonra qonaqlar Vaqifin məqbərəsi, Gəncə qapıları, “Güllələnmiş heykəllər” abidəsini, Cıdır Düzünü, Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər.
ABŞ nümayəndə heyəti daha sonra Laçına yola düşüb. Qonaqlara Laçına yeni köçənlər üçün yaradılan şərait, iş yerləri və onların sosial təminatı, rayonda aparılan yenidənqurma, təmir-bərpa işləri haqqında ətraflı məlumat verilib. Laçın şəhərində yerləşən Aqro və Sənaye Parkında, istixanada, ferma və mebel sexində və Sus kəndində olublar. Sus kəndində qonaqları mehriban və gülərüz qarşılayan yerli sakinlər onları evlərinə dəvət edib, dövlətin yaratdığı gözəl şəraitlə yaxından tanış ediblər. Azərbaycan təbiətinin gözəlliyi və yerli sakinlərin qonaqpərvərliyi nümayəndə heyətində xoş təəssüratlar oyadıb.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu