Uçan maşınların Azərbaycanda olması üçün heç bir maneə yoxdur.
Bu sözləri BUTA.TV-a açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib.
“Hesab edirəm ki, bu maşınlardan daha çox turistik ərazilərdə və yaxud iki şəhər arasında marşrut kimi istifadə edilə bilər. Hələlik uçan maşınların Bakıda gündəlik taksi kimi fəaliyyəti mümkün deyil, bunun reallaşması uzun illər aparacaq”, - E.Cəfərov bildirib.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı isə hesab edir ki, uçan maşın Azərbaycana on illər sonra gəlib çıxa bilər:
Vüqar Qurbanov 300 minlik avtomobil sürürmüş - Nömrəsi də xüsusi seçilib - FOTO
“Bu texnologiyanın istehsalı ilə məşğul olan ölkələr də tərəddüd içindədir. Azərbaycan reallığı ilə baxsaq, bu kimi layihələrin hazırda tətbiqi mümkün deyil – bu, infrastruktur, onunla davranış məsələləridir. Əslində dünyanın heç bir ölkəsi buna tam şəkildə hazır deyil. Bu proses vaxt aparacaq”.
- Şəhidlərimizi təhqir edən ərəblərin cəzası endirildi
- İctimai Şuranın cari ildə ilk iclası keçirildi
- Sabah 24 dərəcə isti olacaq
- Rəşad Daşdəmirovun həbs müddəti uzadıldı
- Sabiq başçıya yeni vəzifə verildi
- Ruben Vardanyana hökm oxundu
- QMİ: Novruz süfrələrini iftar saatlarına uyğunlaşdırın
- Bakıda yanğın olan bina dövlət tərəfindən qorunur? – Rəsmi