Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Gəncə Dəyirman MMC-də yanğın-taktiki təlim keçirib.
FHN-dən BUTA.TV-a verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd yanğın zamanı əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.
Təlimə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin tabeli hissə və bölmələrinə məxsus qüvvə və vasitələr cəlb olunub.
Təlim planına uyğun olaraq, baş vermiş şərti yanğın yerinə operativ çatan yanğından mühafizə bölmələri obyektin qüvvələri ilə qarşılıqlı fəaliyyətdə işçilərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatını yerinə yetiriblər.
Uğurla başa çatmış təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
Təlimə ümumilikdə 8 ədəd texnika və 52 nəfər şəxsi heyət cəlb olunub.
- Pezeşkian şayiələrə son qoydu: Mən fəxr edirəm ki, türkəm!
- Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb
- Quru sərhədlərin açılması barədə vacib açıqlama
- Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol
- Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan
- Trampın Almaniya ilə Ermənistanı səhv salması...
- Qarabağla bağlı təxribatçı düzəliş qəbul olundu - Foto
- İrəvanda təşviş: bu sahələr Azərbaycanın nəzarətinə keçəcək