Baqrat Qalstanyanın arxasında Robert Köçəryanın başçılıq etdiyi keçmiş Qarabağ klanı dayanır. Köçəryanın arxasında kimin dayandığını isə onun dəfələrlə Ermənistanın müstəqilliyinə qarşı etdiyi çıxışlardan anlamaq mümkündür. O, həmişə Ermənistanı Rusiya ilə ittifaq dövlətinin tərkibində görmək istəyib.
Bu sözləri BUTA.TV-a Ermənistanda keşiş Baqratın rəhbərliyi ilə hökumətə qarşı davam edən iğtişaşlar barədə danışan erməni bloger İşxan Verdyan deyib.
Verdyan inqilaba cəmiyyət arasında ictimai tələbin olmadığını, etirazçıların heç nə əldə edə bilməyəcəklərini vurğulayıb:
“Bu dəfə Köçəryan əlində olan bütün qüvvələri səfərbər edib, öz adını və nüfuzunu heçə sayaraq döyüşə girdi. Ermənistanın demək olar ki, bütün siyasi, mədəni və dini elitası Nikol Paşinyanın devrilməsi işinə cəlb olundu. Onlar hətta Paşinyanın hakimiyyətini saxlayacağı və uğursuzluğa düçar olacaqları variantı belə fikirləşmirlər. Əlbəttə ki, bu qüvvələr məğlubiyyətə uğrayacaqlar. Çünki inqilab yalnız aktivistlərə söykənə bilməz. Bunun üçün xalqın istəyi olmalıdır. Xalq isə Qarabağ klanının hakimiyyətə gəlməsinə imkan verməyəcək, bundan söhbət gedə bilməz. Ona görə də ölkədə siyasi dəyişikliklərə nail ola bilməyəcəklər”.
Bloger Paşinyan hökumətini qəti addımlar atmağa çağırıb:
“Amma etiraz hərəkatının qeyri-müəyyən müddətə davam etmək potensialı var. Bu insanlar uğur qazanmasalar, hər şeylərini itirəcəklər, ona görə də sakitləşməyəcəklər. Tədbir görülməsə, sülh müqaviləsi imzalanandan sonra da etiraz edəcəklər. Üstəlik, onlar sülh müqaviləsi imzalanandan sonra xeyli radikallaşaraq öz hərəkətlərini bu və ya digər şəkildə azərbaycanlılara qarşı yönəldə bilərlər. Bu, hadisələrin çox təhlükəli inkişafıdır, ona görə də Nikol Paşinyan hökuməti fəal hərəkət etməlidir. Baş nazirin nə edəcəyi hələ bəlli deyil, amma hakimiyyəti o saxlayır, qanunun rıçaqları onun əlindədir. Ona görə də o, ölkədə vəziyyəti sakitləşdirmək və ehtimal olunan gərginliyin qarşısını almaq üçün onlardan istifadə etməlidir”.
- Ərşad Salehi Bağdaddakı səfirliyimizi ziyarət etdi
- Təyyarəni ruslar vurub, sonra Xəzərdə batmağa “göndərib”?
- Pilotun bunu etməsi möcüzədir! – Şepard
- Təyyarə qəzasında həlak olan Ramin də stüard işləyirmiş - Foto
- ABŞ Dövlət Departamenti Azərbaycana başsağlığı verdi
- Azərbaycan və Qazaxıstan baş nazirləri danışdı
- Son məlumata görə, 16 vətəndaşımız sağdır - Baş konsul
- Sərnişin Hökümədən danışdı: Onları arxaya keçirib, özü önə getdi