Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev minalarla mübarizə üzrə beynəlxalq konfransdan öncə mina qurbanlarının son sayını açıqlayıb.
BUTA.TV xəbər verir ki, Prezidentin köməkçisi sosial şəbəkədə zərərçəkmişlərin sayını özündə əks etdirən şəkli dərc edib.
“Azərbaycanda mina qurbanları artmaqda davam edir. Əsas qurbanlar günahsız mülki şəxslər və istehkamçılardır. Ermənistan əvvəllər işğal olunmuş Azərbaycan torpaqlarına milyonlarla mina yerləşdirib”, - H.Hacıyev bildirib.
Xatırladaq ki, bu gün Zəngilanda minalarla mübarizə üzrə beynəlxalq konfrans keçiriləcək. Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko təyyarə ilə artıq Zəngilan rayonuna yola düşüb.
- Şəmkir rayonunda kütləvi zəhərlənmə...
- Şəmkirdə 11 nəfər salatdan zəhərləndi
- "Qarabağ" cavab oyununa çıxır
- Nərimanovda obyektdə yanğın - Video
- Final fitindən sonra argentinalı futbolçuya şillə vurdu - Video
- Küçələrdə ölən aktrisanın sərvəti üzə çıxdı - Fotolar
- Qələbədən sonra duyğusal qucaqlaşma... - Video
- Argentina futbolçuları meydanda siyasi pankart açdı - Fotolar