Bakı Enerji Həftəsinə ev sahibliyi Azərbaycanın enerji landşaftında oynadığı rolu vurğulayır.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, bu, ABŞ Prezidenti Co Baydenin Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (“Caspian Oil&Gas”) və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisinin “Caspian Power” açılış mərasimində oxunan məktubunda əksini tapıb.
Co Bayden qeyd edib ki, Bakı noyabrda COP29-a ev sahibliyinə hazırlaşır:
“Bu, Azərbaycan üçün unikal imkan yaradır. Azərbaycan Avropada qlobal enerji təhlükəsizliyində sütun rollarından birini oynayır. Azərbaycanın təmiz enerjiyə artan diqqətinə görə minnətdarlığımı bildirmək istəyirəm. Xəzərin potensialı Azərbaycanın gələcəkdə təmiz enerji sahəsində istehsalını ənənəvi enerji istehsalını üstələməyə gətirib çıxara bilər”.
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımları yüksək dəyərləndirən ABŞ Prezidenti bildirib ki, sülh və əmin-amanlığa böyük önəm verirlər.
- Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Foto
- Azərbaycanda 273 ukraynalı uşaq reabilitasiyadan keçdi
- İrəvan niyə Minsk qrupunu saxlamaqda israr edir? - Bayramov
- Bayramov Çavuşoğlunun atasının vəfatına görə Türkiyədə - Foto
- ABŞ elan etdi: seçki, insan haqları “tələbi” bitdi
- İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya girəcək!
- Mövqelərimiz atəşə tutuldu: Ordumuz adekvat cavab verdi
- AB Türkiyəni “türk əli” ilə vurdu - Ərdoğan özü razılıq verib?