Qazaxda təhsil müəssisəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb.
Qazax rayon prokurorluğundan BUTA.TV-a verilən məlumata görə, rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində baş verən qanunsuzluqlarla bağlı daxil olmuş məlumat əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırmalarla Mərkəzin vəzifəli şəxsləri tərəfindən faktiki olaraq əmək fəaliyyətini icra etməyən şəxslərə əsasssız olaraq əmək haqqı ödənilməsi və digər yollarla xeyli miqdarda büdcə vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.
- 10 nəfərin öldüyü yanğın: onların cəzası azaldıldı
- Çimərliyə getmək istəyənlərin nəzərinə!
- Dayılardan bacısı qızlarını sevən yeniyetməyə amansız davranış
- Bu küçədə hərəkət istiqaməti dəyişdirilir
- İvan Svetliçnıy barəsində qərar verildi
- Dronla vurulan gəminin kapitanı həlak olub - Foto
- Sabah hava necə olacaq?
- AZAL brendinin yeni vizual manifestini təqdim edib