Qərb artıq öz qoşunlarını Ukraynaya göndərmək qərarına gəlib.
BUTA.TV xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban “Radio Kossuth”a müsahibəsində deyib.
Onun sözlərinə görə, ancaq kor adam AB-dəki hərbi psixozun buna səbəb olacağını görmür:
“Bunlar təhdid deyil, artıq faktdır. Siz (jurnalistlər) nəyinsə xəbərini bir ehtimal kimi verəndə, bu, əslində başa çatmış bir sövdələşmə olur. Avropada belə bir hərbi psixozun hökm sürdüyünü ancaq kor adam görmür. Bunun məntiqi nəticəsi Qərb qoşunlarının Ukraynaya göndərilməsi olacaq. AB geri dönüşü olmayan nöqtədən santimetr uzaqdadır. Birlik indi müharibəyə hazırlaşır, özünü ciddi risklərə məruz qoyduğunu dərk etmir, çünki Rusiya ən böyük xammal mənbələrinə malikdir. Rusiya üçüncü dünya ölkəsi deyil, ola bilsin ki, mülki sahədə onun iqtisadiyyatı ABŞ və Çindən geri qalır, amma bu da bütün sahələrdə özünü göstərmir və çox da riskli deyil. Ancaq konkret olaraq hərbi və hərbi-texniki sahə, müharibəni davam etdirmək üçün lazım olan xammal mənbələri, ölkənin ərazisi dünyanın ən böyüyüdür”.
- 10 nəfərin öldüyü yanğın: onların cəzası azaldıldı
- Çimərliyə getmək istəyənlərin nəzərinə!
- Dayılardan bacısı qızlarını sevən yeniyetməyə amansız davranış
- Bu küçədə hərəkət istiqaməti dəyişdirilir
- İvan Svetliçnıy barəsində qərar verildi
- Dronla vurulan gəminin kapitanı həlak olub - Foto
- Sabah hava necə olacaq?
- AZAL brendinin yeni vizual manifestini təqdim edib