“Vəziyyət heç də ürəkaçan deyil, faciəvi haldadır” - Nigar Köçərli

06:05 - 11 İyun 2024 - CƏMİYYƏT

 “Vəziyyət heç də ürəkaçan deyil, faciəvi haldadır” - Nigar Köçərli

Son illər ölkədə kitab oxuyanların sayı artır. Təxminən 10 il əvvəllki dövrlə müqayisə etsək, artıq nəqliyyatda, parkda əlində kitab oxuyan gənclərə az da olsa, rast gəlmək mümkündür.

İçərisində oxu zalları olan kitab satış mərkəzlərinin açılmasını da bu istiqamətdə atılmış vacib addımlardan hesab etmək olar. Amma gənclərin kitab oxuması nə qədər vacib olsa da, hansı kitabı oxuması ondan da əhəmiyyətli məsələdir. Bəs əksər müasir gənclərin mütaliəyə o qədər də maraq göstərməməsi nə ilə əlaqədardır?  

Hazırda daha çox hansı kitablara üstünlük verilir?

Məsələ ilə bağlı “Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli danışıb.

O, kitab oxuyanların sayının son illər bir qədər artdığını desə də, vəziyyətin heç də ürəkaçan olmadığını bildirib:

“Bəli, kitab oxuyan insanların sayında artım müşahidə olunur. Lakin bu artım bizim istədiyim qədər deyil. Vəziyyət heç də ürəkaçan deyil. Hələ də vəziyyət demək olar ki, faciəvi haldadır. Kitab oxuyanların sayı azdır.

Müqayisə üçün deyə bilərəm ki, Azərbaycanda ümumilikdə 50 kitab mağazası var. Bu yalnız “Əli və Nino” mağazaları deyil. Gürcüstanda isə ümumilikdə 250 kitab mağazası var.

Azərbaycanda ən azı 500 kitab mağazası olmalıdır. Biz hər hansı artımla bağlı yalnız Azərbaycanda 500 kitab mağazası olduqda danışa bilərik.  Lakin hələ ki, indiki hal üçün vəziyyət çox-çox pisdir”.

Nigar Köçərli adətən, kitab alanların daha çox motivasiya, özünüinkişaf və bədii ədəbiyyata üstünlük verdiyini açıqlayıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol