Qurban Bayramı ərəfəsində xüsusilə quzu ətinin qiymətində bahalaşma müşahidə edilir. Satıcılar bildirir ki, hazırda 15-20 kiloqramlıq qurbanlıq quzu ətinin qiyməti 19-20 manat arasında dəyişir.
BUTA TV xəbər verir ki, onların sözlərinə görə, 10 kiloqramlıq quzunun ətinin bir kiloqramı isə bəzi yerlərdə 22 manata qədər yüksəlir. Qiymətlərin bahalaşması alıcı qüvvəsinə də təsir edib. Əvvəlki illərlə müqayisədə qurbanlıq quzularla bağlı sifarişlər kəskin azalıb. Satıcılar bildirib ki, qiymətin dəyişməsinə yemin baha olması da təsir edən amillərdən biridir.
Alıcılar Xezerxebe-ə açıqlamalarında qiymətlərin artmasına görə aldıqları ətin kiloqramını azaltmaq məcburiyyətində qaldıqlarını bildirirlər.
İqdisatçı Ekspert Xalid Kərimlinin sözlərinə görə, qiymətin bahalaşmanın əsas səbələrindən biri son illər ölkədə xırdabuynuzlu heyvanların azalması və qurban bayramı ərəfəsində ətə olan təlabatın artmasıdır.
Ekspert əlavə edib ki, ət bazarında qiymətlər rəsmi qurumlar tərəfindən tənzimlənmir. Bayramdan sonra qiymətlərdə ucuzlaşma gözlənilir.
Daha ətraflı videomaterialda:
- Prezident onların vəzifəsini dəyişdi
- Azərbaycan vətəndaşı Monteneqroda tutularaq ekstradisiya edildi
- Magistratura imtahanının nəticələri elan olundu
- Habil Əliyevin adı bu məktəbə verildi
- Özünü maşının altına atan piyada ölmüşdü - Sürücü bəraət aldı
- Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd edənlərə hökm oxundu
- “Azərbaycan Uşaq Qaynar Xətti”nə 3700 müraciət daxil oldu
- 100 milyonluq işdə yeni adlar üzə çıxır - Vəzifəli şəxs həbs edildi