Azərbaycan vətəndaşları ötən ay Türkiyədə 65 mənzil alıblar.
BUTA.TV İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatının (TÜİK) may ayı üzrə açıqladığı mənzil satışı statistikasında bildirilib.
Beləliklə, azərbaycanlılar qardaş ölkədən ən çox mənzil alanlar siyahısında 1 pillə enərək 7-cı sırada qərarlaşıb.
Hesabata görə, Azərbaycan vətəndaşları aprel ayında bu ölkədə 54 mənzil alaraq siyahıda 6-cı yerə yüksəlib. Lakin may ayında İraq vətəndaşları sahibləndikləri 98 mənzillə azərbaycanlıları geridə qoyub.
Ümumillikdə may ayında Türkiyədə mənzil satışlarının sayı keçən ilin eyni ayına görə 2,4% azalaraq 110 min 588-ə çatıb. Mənzil satışlarında 18 min 814 ev satışı ilə lider İstanbul olub.
Hesabat dövründə Rusiya vətəndaşları Türkiyədən 437 ev alıblar. Rusiya vətəndaşlarını müvafiq olaraq 207 mənzil ilə İran, 171 mənzil ilə Ukrayna vətəndaşları izləyib.
- Azərbaycanın istehsal etdiyi 3 yeni zirehli texnika
- Dilan Poladın yaxın rəfiqəsi olan fenomen intihar etdi - Video
- Azərbaycanın ilk lazer silahı... - Foto
- Lukaşenko müharibəyə hazırlaşmağa çağırdı
- Azərbaycan yeni snayper silahları istehsal edib
- Türk ordusunun elitası Bakıda: Rekord qeydə alındı!
- Vəfa ilə Şəbnəmin bölüşə bilmədiyi mahnı plagiat çıxdı
- Vəfa ilə Şəbnəmin bölüşə bilmədiyi mahnı plagiat çıxdı