Məkkədə Həcc ziyarəti zamanı vəfat edən dörd yaşlı uşaq azərbaycanlı deyil.
BUTA.TV xəbər verir ki, bu barədə Report-a Qafqaz Müsəlmanlar İdarəsindən (QMİ) bildirilib. Bildirilib ki, məlumat həqiqəti əks etdirmir: “Azərbaycanlı zəvvarlar arasında dörd yaşlı uşaq yoxdur. Yayılan informasiyaya görə, vəfat edən uşaq misirli olub”.
Xarici KİV-in məlumatına görə, əslində, vəfat edən uşaq Misir vətəndaşıdır. Dörd yaşlı Yəhya Məhəmməd Ramazan Həcc mərasimlərini yerinə yetirən ailəsi ilə birlikdə olan zaman kəskin isti hava şəraitinə görə dünyasını dəyişib.
Qeyd edək ki, sosial şəbəkələrdə dörd yaşlı azərbaycanlı uşağın Məkkədə Həcc ziyarəti zamanı həyatını itirdiyi haqqında məlumat yayılmışdı. Məlumat üçün bildirək ki, Azərbaycandan Həcc ziyarətinə yollanan zəvvarlar arasında ən kiçiyi 2013-cü il təvəllüdlüdür.
- “Azərbaycan Uşaq Qaynar Xətti”nə 3700 müraciət daxil oldu
- 100 milyonluq işdə yeni adlar üzə çıxır - Vəzifəli şəxs həbs edildi
- Elnur Azadxanov vəzifəsindən azad edildi
- “ADY Mobile” istifadəçilərinin sayı 500 minə çatdı
- Həyət evinin rahatlığı, yoxsa bina evinin üstünlükləri?
- İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
- Prezident qəbul keçirdi - Fotolar
- "TuranBank" və ITFC arasında uğurlu əməkdaşlıq...