“Baku Kids Company” adlı şirkəti pampers reklamında çəkilmək üçün 2-12 ay aralığında körpə axtarır.
Çəkilişə görə şirkət 100 manat ödəniş edəcəyini elan edib. Amma şirkət tamamilə irqçi bir şərt irəli sürüb. Elanda bildirilir ki, çəkilişə yalnız “Avropa görünüşlü” körpələr qatılmalıdır. Yəni monqoloid və ya neqroid irqindən olan körpələrin çəkilişə qatılması qadağandır. Bir sözlə, valideynlərdən xahiş olunur ki, gözü azacıq qıyıq və yaxud dərisinin rəngi azacıq qaramtıl olan körpələrini də zəhmət çəkib çəkilişə gətirməsinlər.
Tamamilə irqçi, həm də savadsız yanaşmadır!
Ümumiyyətlə, “Avropa görünüşlü” körpə nə deməkdir? Bu, yemək deyil ki, fransızsayağı ət və ya Meksikasayağı toyuq kimi növləri olsun.
Bu şirkəti tanımıram. Amma hər halda burada azərbaycanlılar işləyir. O zaman bu elanı hazırlayanlar bilməli idilər ki, Azərbaycan xalqı monqoloid və ya neqroid yox, məhz avropoid irqinə mənsubdur. Bəlkə də bu elanı hazırlayanlar bunu məqsədli şəkildə yazmayıblar, amma həddən artıq savadsız şəkildə hazırlanmış elan olduğu görünür.
Bütün dünya irqçiliyə qarşı mübarizə aparır, minlərlə reklam çarxı çəkilir, milyonlar xərclənir, amma Azərbaycanda bir şirkət ya qəsdən, ya da savadsızlıqdan “irqçi” elan verir – hələ o ayrı məsələ ki, azərbaycanlıların məhz “Avropa görünüşlü” olduğunu da qanmırlar.
- Putinlə Əliyev onların həbsini müzakirə edib - Kreml
- Monteneqroda saxlanılan azərbaycanlılarla bağlı müraciət...
- Natalya Petkeviç Füzuliyə getdi - Foto
- Mehriban Əliyeva Türkiyəni belə təbrik etdi - Foto
- Türkiyə Cümhuriyyətinin qurulmasından 102 il ötür
- Mehdiyevin 50 nəfərlik siyahısında kimlər olacaqdı? - Millət vəkili
- İmamoğlunun casusluq işində İsa Qəmbərin adı çıxdı
- Zəngəzur dəhlizi ilə bağlı sürpriz gəlişmə...