Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və Gürcüstanın Ədliyyə Nazirliyi yanında Rəqəmsal İdarəetmə Agentliyi arasında informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində Anlaşma Memorandumu imzalanıb.
BUTA.TV RİNN-ə istinadən xəbər verir ki, sənəd tərəflər arasında informasiya təhlükəsizliyi, məlumat və təcrübə mübadiləsi istiqamətində birgə fəaliyyəti nəzərdə tutur.
ETX ölkə Prezidentinin 28 avqust 2023-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiya”sının icrasına uyğun olaraq digər ölkələrin CERT-ləri və oxşar qurumları ilə əməkdaşlığın qurulması istiqamətində fəaliyyətini davam etdirir.
- BBC-nin Azərbaycandakı fəaliyyəti qeyri-qanunidir
- Türkiyə nümayəndələri İrəvanda
- Zəngəzurun açılmasını həyəcanla gözləyirəm - Ərdoğan
- Heydər Əliyev Mərkəzi Türkiyə bayrağına büründü
- TRİPP xətti üzrə bağlantıların yaradılması üçün... - Əliyev
- Bilal Ərdoğan Bakıda
- Ukraynadan daha 12 uşaq Azərbaycana gətirildi
- “KQB” şinelindən çıxan müxalifətin casusluq macəraları...