Fövqəladə Hallar Nazirliyi (FHN) qeyri-çimərlik ərazilərdən istifadə ilə əlaqədar əhaliyə müraciət edib.
Qurumdan BUTA.TV-a verilən məlumata görə, nazirlik tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, yenə də bəzi vətəndaşlar, o cümlədən uşaq və yeniyetmələr tərəfindən çimərlik kimi nəzərdə tutulmayan kanal, çay, arx, süni göl və digər su hövzələrindən çimərlik kimi istifadə faktlarına rast gəlinir. Bu isə bir sıra hallarda acı nəticələrə gətirib çıxarır.
"Belə ki, çimərlik üçün nəzərdə tutulmayan kanallar, arxlar, çaylar, göl və digər su hövzələrinin təhlükəli sualtı relyefə, sürətli axına, qeyri-müəyyən dərinliyə, məhdud görüntü və digər təhlükəli xüsusiyyətlərə malik olması həmin hövzələrdən yayda sərinləmək məqsədilə istifadə zamanı həyat və sağlamlıq üçün ciddi təhlükə yaradır.
Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına əməl etməyə və çimərlik kimi nəzərdə tutulmayan su hövzələrindən istifadə etməməyə çağırır, - deyə müraciətdə vurğulanıb.
- İlham Əliyevdən Qurtuluş Günü ilə bağlı paylaşım
- Azərbaycanda Milli Qurtuluş Günüdür
- Azərbaycanın sülhə nail olmaq istəyini görürük - Paşinyan
- Ərdoğan İlham Əliyevə zəng etdi: İsrail müzakirəsi...
- Azərbaycanın hərbi gəmiləri yola düşdü - Foto
- İlham Əliyev Britaniya Kralını təbrik etdi
- İranın nüvə obyektləri ətrafında mövcud vəziyyət... - Bayramov
- Bakıdan Təbrizə aviareyslər bu tarixədək ləğv edildi – Rəsmi