Qaradağ rayonu ərazisində həyata keçirilən növbəti tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 1997-ci il təvəllüdlü Nərgiz Məhərrəmova və 1990-cı il təvəllüdlü Elman Əhmədov saxlanılıb.
Daxili İşlər Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, onların üzərindən, habelə N.Məhərrəmovanın sərnişin qismində əyləşdiyi avtomobildən, kuryer şirkətlərindən birində çalışan E.Əhmədovun çantasından ümumilikdə 27 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, heroin və narkotiklərin satışında istifadə olunan elektron tərəzilər aşkarlanıb.
İlkin sorğu zamanı saxlanılan şəxslər aşkarlanmış narkotikləri şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə gizlədilən yerdən Bakı şəhərində müxtəlif ünvanlara çatdırıb pul qazanmaq məqsədilə əldə etdiklərini bildiriblər.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
- Zəngəzur dəhlizi unikal marşrut olacaq... - Nazir
- Xocalıda talanlar bu tarixədək davam edib - Babayan
- Azərbaycanla əlaqələrimiz inkişaf edir - Rusiya
- Əliyev əllərini təcili dezinfeksiya etməlidir
- Bakıda qadın bıçaqla blogerin evinə gələrək onu hədələdi - FOTO
- Pekində görüş niyə alınmadı? - Əliyevin Putinlə görüş şərti...
- Telefonda icra başçısını təhqir etdi - Cəzalandırıldı
- “İnsana iş imkanı yaradılmalıdır ki, axşam uşağına çörək gətirə bilsin” - SİSTEM ÖZÜNÜ DOĞRULTMADI